Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəldi

İdman

23 Sentyabr 2023 15:24 478


Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin finalına yüksəlib.

Yenisabah.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) bütün rəqiblərini üstələyərək, həlledici görüşə vəsiqə qazanıblar.

H.Heydərov yarımfinalda özbəkistanlı Şaxram Əhədova qalib gəlib. Onun finaldakı rəqibi Moldova təmsilçisi Pyotr Pelivan olacaq. Z.Tçkayev isə final yolunda Özbəkistanın digər idmançısı Nurbek Murtozoyevi məğlub edib. Cüdoçumuz həlledici dueldə avstriyalı Şamil Borçaşvili ilə qarşılaşacaq. pizza

Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!