“Böyük Dəbilqə”: Azərbaycanın üç cüdoçusu finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

“Böyük Dəbilqə”: Azərbaycanın üç cüdoçusu finala yüksəldi

İdman

17 Fevral 2024 15:07 972


Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

Oxu.Az-ın məlumatına görə, yarışın ikinci günündə Azərbaycan yığmasının üç cüdoçusu finala yüksəlib.

Hidayət Heydərov (73 kq), Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kq) bütün rəqiblərinə qalib gələrək, həlledici görüşdə iştirak hüququna yiyələniblər. pizza sifarişi

H.Heydərov yarımfinalda komanda yoldaşı Rəşid Məmmədəliyevi məğlub edib. R.Məmmədəliyev bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.

Ömər Rəcəbli ilə Zelim Tçkayev isə finalda üz-üzə gələrək, qalibi müəyyənləşdirəcəklər.

Bu gün yarışa qoşulan digər cüdoçular Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq), Nurlan Osmanov (73 kq), İbrahim Əliyev (73 kq) və Səid Mollayi (81 kq) uğursuz çıxış ediblər.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!