“Böyük gərginlik var idi” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Böyük gərginlik var idi” - Qurban Qurbanov

İdman

18 Avqust 2023 00:58 871


“Çox böyük gərginlik var idi”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəldikəri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib: Dominos pizza

“Matça yaxşı başlamışdıq. Sadəcə, ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Amma sonra oyunu ələ almağı bacardıq. Yaxşı qalibiyyət oldu. Əvvəl də demişdim ki, çox intizamlı komandaya qarşı oynayırıq. Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər qarşılaşmalara hazırlaşmalıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!