Böyük Qayıdış: Qarabağda həyat yenidən canlanır

saytların hazırlanması

Evə çatdırılma

Böyük Qayıdış: Qarabağda həyat yenidən canlanır

Siyasət

20 Sentyabr 2024 11:04 898


Müharibədən sonra keçən 4 ilə yaxın müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq  işləri görülməkdədir. 

Qarabağın əraziləri düşməndən azad edildikdən sonra həmin torpaqlarda çox nəhəng, möhtəşəm layihələrin davam etdirildiyi də göz önündədir. Məqsəd əlbəttə ki, az qala əsrin üçdə biri müddəti qədər Ermənistanın işğalı altında qalan və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, Azərbaycan Ordusunun rəşadəti, cəsurluğu, eləcə də xalqımızın həmrəyliyi sayəsində 44 gün ərzində işğaldan azad edilən torpaqlara ən tez zamanda azərbaycanlıların, həmin torpaqların əsl sahiblərinin tam şəkildə qayıdışı və firavan yaşayışının təmin edilməsidir. 

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha da sürətli gedir və bu o deməkdir ki, “Böyük Qayıdış” uğurla davam edir. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, ələlxüsus da “Böyük Qayıdış”ın təmin olunması üçün 2022-ci ilin 16 noyabr tarixində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, 2022-2026-cı illərə əhatə edəcək Dövlət Proqramı qarşıya mühüm vəzifələr, tapşırıqlar qoyub və onların icrası olduqca mühümdür.  Marqarita pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin əslən Cəbrayıl rayonundan olan deputatı Ceyhun Məmmədov bildirib ki, 2026-ci ilə qədər ümumilikdə 150 min insanımız işğaldan azad edilmiş şəhər və rayonlara qaytarılacaq:

"Bu gün bizim gördüyümüz ondan ibarətdir ki, Böyük Qayıdış prosesi ən sürətli formada həyata keçirilir. Artıq Zəngilanda, Ağalı kəndində, Şuşada, Xocalıda və digər rayonlarımızda əhali məskunlaşıb. Hazırda bu işlər intensiv formada davam edir. Yaxın gələcəkdə, artıq Cəbrayıla da insanlarımızın qayıdışı planlaşdırılır. Çox yaxın vaxtda Cəbrayıl rayonunun mərkəzinə əhali köçürüləcək. 

Eyni zamanda rayonun Şükürbəyli və Horovlu kəndində yenidənqurma işləri davam etməkdədir. Planlara əsasən, biz deyə bilərik ki, işğaldan azad edilmiş bütün rayonlarımıza əhalinin köçü planlaşdırılır. Kəlbəcərdə də artıq çox sürətli işlər gedir. Bu gün Xankəndidə əhalinin məskunlaşması üçün ciddi addımlar atılır. Qarabağın digər rayonlarında da bu işlər sürətli formada həyata keçirilir. Əslində torpaqlar azad olunarkən, yanaşma və düşüncə belə idi ki, bu proses daha uzun müddəti əhatə edəcək. İnsanlarımızın ora qayıtması üçün daha çox vaxt olduğu deyilirdi. 

Amma proseslərin gedişi onu göstərdi ki, heç də ehtimal edildiyi kimi deyil. Bu prosesin ən sürətli və yüksək səviyyədə həyata keçirilməsi üçün dövlətimiz bütün zəruri, o cümlədən, vacib addımları atır. Gələcəkdə də bu işlər eyni sürətlə davam edəcək. Baxın, 2 ildən az müddətdə artıq Zəngilanda insanlar məskunlaşıb. Şuşada və Xankəndidə bu işlər olduqca sürətli formada həyata keçirilir. Demək olar ki, Azərbaycanın hər yerində və bölgəsində bu işlərin uğurla həyata keçirilməsi üçün dövlət tərəfindən lazım olan bütün addımlar və tədbirlər reallaşdırılır. 

Biz tam əminliklə deyə bilərik ki, ən qısa müddətdə insanlarımızın köçürülməsi üçün cənab prezidentin bilavasitə diqqət və qayğısı ilə bu işlər görülür. Yəqin ki, hamınız bir müddət öncə, Kəlbəcərdə görülən işlərlə tanış oldunuz. Hazırda cənab prezident bölgədədir. Yaxın vaxtlarda Ağdama da çoxlu sayıda əhalinin köçürülməsi planlaşdırılır. Digər tərəfdən Qubadlı və Zəngilan rayonunun kəndlərinin tikintisi çox sürətli formada davam etdirilir. Düşünürəm ki, ən qısa vaxtda bütün bu işlər sistemli və mükəmməl formada görülüb, yekunlaşacaq. 2026-cı ilə qədər ümumilikdə 150 min vətəndaşımızın Qarabağa köçürülməsi planı nəzərdə tutulub".

Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, ölkə başçısının işğaldan azad edilmiş rayonlara son səfəri, əslində Böyük Qayıdışın bir növ yol xəritəsidir:

Böyük Qayıdış Azərbaycan xalqının 30 illik arzularının reallaşmasıdır. Bu proses göstərdi ki, Azərbaycan nəyə qadirdir. Qısa müddətdə bütün dünyaya göstərdik ki, erməni işğalçıları tərəfindən dağıdılmış yurd-yuvalarımızı, kəndlərimizi, şəhərlərimizi necə yenidən qurmaq olar və necə böyük sevgi ilə o torpaqlara qayıtmaq olar. O torpaqlarda doğulmayan, orada böyüməyən gənclərin necə böyük həvəslə, məhəbbətlə həmin kəndə və şəhərlərimizə qayıtmasının göstəricisidir. 

Şübhəsiz ki, bu proses davam edir və hələ uzun müddət də davam edəcəkdir. Ona görə də intensiv qayıdış artır çox yaxın görünür və önümüzdəki mərhələdə baş tutacaq. Hansı rayonlara necə qayıtmaq məsələsinə gəlincə isə, mənə elə gəlir ki, Azərbaycan prezidentinin son səfərləri bir növ bu mövzuda yol xəritəsidir. Biz o səfərləri izləməklə, növbəti mərhələdə hansı ərazilərimizə qayıdışın baş tutmasının sxematik planını çıxara bilərik. Məsələn, Azərbaycan prezidenti bir neçə gün əvvəl Ağdamda oldu və orada görülən işlərlə tanış oldu. 

Bu baxımdan biz artıq bilirik ki, növbəti mərhələ Ağdama qayıdış olacaqdır. Ondan bir qədər öncə, cənab prezident Kəlbəcərdə oldu və rayonda inşa edilən evlərrin, istehsalat sahələri və iş yerlərinin açılışını etdi. Biz artıq bu plan üzrə görəcəyik ki, növbəti qayıdış da məhz Kəlbəcərə olacaqdır. Eyni zamanda bu proses bütövlükdə kompleks şəkildə həyata keçirilən bir siyasətdir. Azərbaycan respublikasının proqramı var. 2026-cı ilə qədər 26 min ailənin köçürülməsi nəzərdə tutulub. Növbəti mərhələdə qayıdışla bağlı daha intensiv formada işlərin şahidi olacağıq".

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!