Böyük Qayıdışın yeni dalğası Laçından başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Böyük Qayıdışın yeni dalğası Laçından başlayacaq

Rəsmi

24 Avqust 2022 09:57 4868


Artıq Laçının rayon mərkəzinin Azərbaycana təhvil verilməsinə 1 gün qalıb. Böyük Qayıdış konsepiyasına sadiq qalan Azərbaycan dövləti Laçından məcburi şəkildə köçkün düşən həmyerlilərimizi öz doğma ata-baba yurdlarına qaytarmağı da əsas prioritet vəzifə kimi qarşısına məqsəd qoyub.

Bəzi rəylərə görə, Laçın rayonuna qayıdış daha tez baş tuta bilər. Buna səbəb kimi Laçın şəhərinin Füzuli, Cəbrayıl və Ağdama nisbətən normal vəziyyətdə qalmasıdır.

Nəzərə alsaq ki, Laçında tarix boyu ermənilər yaşamayıb, deməli, laçınlıların həmin əraziyə qayıdıb o evlərdə yaşamaları onların ən ali haqlarından biridir. Marqarita pizza

Yenisabah.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə deyib ki, bütün laçınlılar üçün həmin torpaqlara qayıtmaq böyük bir fəxarət hissidir:

“Bildiyiniz kimi, cənab Prezidentin TV-dən verdiyi anonslardan məlum olur ki, dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə artıq Laçın rayonunun şəhər mərkəzinə, eyni zamanda Sus, Zabux və Ağanus kəndlərinə əhalinin köçürülməsi ilə bağlı ciddi tapşırıqlar verib. 

Mənə gəlir ki, QMKİDK-də bu istiqamətdə işlər davam etdirilməkdədir. Əhalinin say tərkibinin dəqiqləşdirilməsi, köçürüləcək əhalinin məşğuliyyət məsələlərinin həll edilməsi nöqteyi-nəzərindən komitədə ciddi işlər getməkdədir.

Sözsüz ki, Laçının şəhər mərkəzində və dəhliz boyu olan kəndlərdə ermənilər yaşadıqlarına görə, bəzi evlərdə digər rayonlara nisbətən dağıntı bir o qədər də həyata keçirilməyib. Ona görə də artıq ermənilər bu ərazilərdən çıxdıqdan sonra Laçının şəhər mərkəzinin və bu kəndlərin əhalisinin köçürülməsi reallığa çevrilib”.

Millət vəkili əlavə edib ki, Laçın rayonunun əhalisi cənab Prezidentin verdiyi şad xəbəri yüksək səviyyədə qiymətləndirməkdədir:

“Əhali ən yüksək səviyyədə, tezliklə öz ata-baba yurdlarına qayıtmaq və bu həsrətə son qoymaqla bağlı yekun hazırlıq işlərini görməkdədir.

Eyni zamanda onu da bildirmək istəyirəm ki, biz 2020-ci ildə böyük qələbə əldə etdikdən sonra dövlət başçısının rəhbərliyi ilə Böyük Qayıdışın həyata keçirilməsi məqsədilə işğaldan azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilməkdədir. Bu layihələr həyata keçirildikdən sonra isə yaşayış məntəqələrinin tikilməsi və oraya keçmiş məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur. Bu layihələr Laçın rayonunda planlaşdırılıb”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bəyan edib ki, Böyük Qayıdışın yeni dalğasının Laçından başlaması mümkündür:

“Çünki orada evlər də nisbətən salamatdır. “Qaçqınkom”da Zabux və Sus kəndinin əhalisi ilə görüş keçirildi və yəqin ki, o insanlar hazırlaşır ki, həmin kəndlərə köçsünlər. Biz dəfələrlə bildirmişik ki, harada hazır evlər varsa, çoxlu dağıntı yoxdursa, insanların oraya köçü başlanmalıdır. Kəlbəcərdə də eyni dərəcədə salamat evlər var. Ora da insanların qayıdışını təşkil etmək olar”.

“Amma dövlət başçının elan etdiyinə görə, ikinci ağıllı kənd Füzulidə nəzərdə tutulub. Ən müxtəlif istiqamətlər üzrə hər şey yoxlanılır, həmçinin, insanların orada yaşaması və uyğunlaşması həll edilir. Onu da deyim ki, 30 ildən sonra insanların oraya uyğunlaşması da çətindir. Eləcə də təhlükəsizlik məsələləri var ki, meşələrdə gizlənən ermənilər təxribatlar törədə bilər. Sonra orada infrastrukturlar nə dərəcədədir? Qaz, işıq, su kimi problemlər necə həll olunacaq?

Qısacası, bu, çox çətin bir prosesdir. O proseslər getdikcə də köçün miqyası genişlənəcək”.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!