“Faktiki olaraq, Ukrayna təslim olarsa və bölüşdürülərsə, Rusiya bu məsələdən qalib çıxarsa, bu halda Rusiyanın və ABŞ-nin sövdələşməsinin başqa bir istiqaməti Cənubi Qafqaz ola bilər. Necə ki, hazırda Ukraynasız Ukrayna məsələsini müzakirə edirlər, sabah Azərbaycan və Ermənistansız da Cənubi Qafqazı müzakirə edə bilərlər”. Pepperoni pizza
Yenisabah.az xəbər verir ki, bunu Pepperoni pizzaAzərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn TV Musavat-a müsahibəsində deyib.
O qeyd edib ki, Cənubi Qafqazın ABŞ və Rusiya arasında sövdələşmə predimeti olması istisna deyil:
"Mən həmişə Azərbaycan və Ermənistan arasında deklarativ müqavilənin əleyhinə olmuşam. Hazırda Ermənistanın da təkliflərini nəzərə alaraq, ortada olan bəzi sənədlərin ətrafındakı prinsipləri gözləməyərək, əldə olunmuş nailiyyətləri hüquqi cəhətdən təsbit edə biləcək sənəd olsa, daha labüd olar.
Bu sövdələşmədə Rusiya ABŞ-yə və Trampa başqa yerlər və sərvətlər vəd edə bilər ki, şübhəsiz onların içərisində Cənubi Qafqaz da olacaq. Cənubi Qafqaz hər zaman Rusiyanın yumşaq qarnı hesab olunub. Bura rus dövlətinin mövcudluğu üçün əsas yerlərdən biridir. Ona görə də, belə bir təhlükəni və təhdidi gərək gözləyək”.
Nazim Hacıyev
Telegram kanalımız