Xəbər verdiyimiz kimi, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə, 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Lakin müşahidələrimiz göstərir ki, bu tədbirlərə baxmayaraq, uşaqlar müəyyən əyləncə mərkəzlərinə və insanların çox olduğu digər məkanlara aparılır. Bəs, uşaqların insanların qələbəlik olduğu məkanlara aparılması onların sağlamlığı üçün təhlükə yarada bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, sözügedən epidemiyanın uşaqlara yoluxma statistikası aşağı olsa belə, karantin tədbirləri düzgün aparılmalı və bu tədbirlər gedişatında kütləvi toplanma yerlərinin hamısı bir müddət bağlanmalıdır: “Əslində, karantin tədbirləri elə görülməlidir ki, insanların kütləvi toplaşdığı yerlər bir müddət məhdudlaşdırılsın. İnsanların çoxluq təşkil etdiyi əyləncə mərkəzləri, tədbirlər, toylar kimi məkanlar bura daxildir. Bunlara riayət edilmədən təkcə məktəblərin dayandırılması yetərli deyil. Amma hər halda, sevindirici fakt odur ki, infeksiya yavaş-yavaş azalmaqdadır. Çünki havalar istiləşdikcə virus da tədricən yoxa çıxacaq. Amma yenə deyirəm, karantin tədbirlərinin əsas mahiyyəti ondan ibarətdir ki, kütləvi tədbirlər bir müddət məhdudlaşdırılsın. Yəni, əsas da valideynlərə bunu başa salmaq lazımdır. Böyüklər təkcə özlərini deyil, uşaqları da düşünməlidirlər. Bu sahədə düzgün maarifləndirmə işləri aparılmalıdır. Lakin qəribə bir vəziyyət var. Uşaqların bu virusdan xəstələnməsi statistikası dünya üzrə azdır. Amma istənilən halda, ilk növbədə uşaqları qorumalıyıq”. pizza sifarişi
Naibə Məmmədova
Telegram kanalımız