“Meymunluq edənlər, TV-lərdə meydan sulayırlar” – Mərkəz sədrindən sərt   - Tənqid

saytların hazırlanması

Evə çatdırılma

“Meymunluq edənlər, TV-lərdə meydan sulayırlar” – Mərkəz sədrindən sərt - Tənqid

Sosial

21 Sentyabr 2019 14:27 1250


Texnologiyanın inkişaf etdiyi müasir dövrümüzdə bir çoxlarımız televiziyadan çox sosial şəbəkələrdən sevdiyimiz, bəyəndiyimiz sənətçiləri izləyirik. 

"Yeni Sabah" xəbər verir ki, son günlərdə isə sosial şəbəkələrdə mədəniyyət və incəsənət adamlarının bir-birini bəyənməməsi, bir-birinə söz atmaları halları artıb.

Bəs nə üçün tanınmış şəxslər, sənətçilər bir-birini bəyənmir? Pepperoni pizza

Mövzu ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azadinform-a danışıb:

 "Onlar əsl sənətkar olsaydılar, bir-birilərinin sənətinə qiymət verərdilər. Təəssüf ki, özünü sənətkar kimi cəmiyyətə sırıyan adamların çoxunun sənəti yoxdur. Xaric oxuyan, at kimi kişnəyən, səhnədə meymunluq edənlər Azərbaycan xalqının mədəni zövqünün korlanmasından istifadə edib, meydan sulayırlar. Bayağı musiqilərin artması ilk növbədə bu amillə bağlıdır. Əsl sənətkarlar abırlarına qısılıb kənara çəkildikləri üçün "bozbaşların” əl-qolunu bağlamaq mümkün olmur. Təəssüf ki, sənətdə peşəkarlıq arxa plana keçib. Qeyri-peşəkarların isə iddiası boylarından böyükdür. Peşəkarlar bu adamları yerlərində oturtmadıqca, sənət dünyasında başıpozuqluq, xaos hökm sürəcək”.

S. Verdizadə hesab edir ki, digər bir səbəb isə özünü sənətkar adlandıran adamların savadsız olmasıdır: 

"Məhdud dünya görüşə sahib olan, vaxtilə təməl bilgiləri əxz etməyən bu adamların özündənrazı olması başa düşüləndir. Yalnız savadlı insanlar qarşılarındakı adamların səviyyəsini qiymətləndirə bilərlər. Sənət adamlarının çoxu savadsız olduqları üçün özlərindən başqa heç kimi bəyənmirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!