BQXK Bakıda saxlanılan ermənilərə baş çəkdi

saytların hazırlanması

Evə çatdırılma

BQXK Bakıda saxlanılan ermənilərə baş çəkdi

Maraqlı

09 İyul 2023 13:34 1039


İyun ayının sonu və iyul ayının əvvəllərində BQXK əməkdaşları saxlanılan Ermənistan vətəndaşlarına yenidən baş çəkiblər. 

Bu barədə Yenisabah.az-ın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

"Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri təmin edilib. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. Qurumun prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə o bildirib.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!