BQXK nümayəndəsi Dağlıq Qarabağda humanitar atəşkəsə dair razılaşmanı alqışladıqlarını bildirib

saytların hazırlanması

Evə çatdırılma

BQXK nümayəndəsi Dağlıq Qarabağda humanitar atəşkəsə dair razılaşmanı alqışladıqlarını bildirib

Dünya

11 Oktyabr 2020 00:12 1188


Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) gərginləşmiş Dağlıq Qarabağ münaqişəsində humanitar atəşkəsə dair razılaşmanı alqışlayır və ölən hərbçilərin cəsədlərinin təhvil verilməsini və eyni zamanda saxlanılanların dəyişdirilməsi üçün bitərəf vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirir.

Yenisabah.az xəbər verir ki, bunu BQXK-nın Avrasiya Regional Direktoru Martin Şüepp söyləyib.

O, BQXK-nın dünyada baş verən qarşıdurmalarda bitərəf vasitəçi kimi uzun tarixə malik təcrübəsi olduğunu və bu prosesi sürətlə həyata keçirə biləcəklərinə ümid etdiyini bildirib: “Hərbi əməliyyatlarda öldürülənlərin cəsədləri yaxınlarına qaytarılacaq. Biz məhz saxlanılanların ailələrinə qovuşmaları üçün, onların sərbəst buraxılmasını asanlaşdırmaq üçün buradayıq”. Dominos pizza

Şüepp  tərəflərlə müntəzəm müzakirələr aparmağa hazır olduqlarını bildirib: 

“Ümid edirik ki, bu, həftələrdir davam edən gərgin döyüşlərdən sonra ailələr üçün əhəmiyyətli dərəcədə rahatlıq yaradacaq”.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!