BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz keçdi

saytların hazırlanması

Evə çatdırılma

BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz keçdi

Maraqlı

07 Yanvar 2023 15:35 668


Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, ümumilikdə 4 avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib.  Dördpendirli pizza

Eyni zamanda Rusiya sülhməramlılarına məxsus "KamAZ" markalı maşın da avtomobil karvanı ilə birgə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib. 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!