“Braqa” - “Qarabağ” oyunu bu ölkədən olan hakimlərə tapşırıldı  

saytların hazırlanması

Evə çatdırılma

“Braqa” - “Qarabağ” oyunu bu ölkədən olan hakimlərə tapşırıldı  

İdman

13 Fevral 2024 15:10 740


"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sına qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Matç Danimarkadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Morten Kroq olacaq. Ona yan xətt hakimləri qismində Vollenberg Rasmussen və Steffen Bramsen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. 

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!