“Braqa”nın aparıcı üzvü “Qarabağ”a qarşı oynamayacaq 

saytların hazırlanması

Evə çatdırılma

“Braqa”nın aparıcı üzvü “Qarabağ”a qarşı oynamayacaq 

İdman

26 Yanvar 2024 15:06 703


Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” ciddi itki ilə üzləşib. 

Yenisabah.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçusu Bruma dizindən zədə alıb. Onun yanvarın 29-da əməliyyat olunacağı və 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə o deməkdir ki, portuqaliyalı yarımmüdafiəçi "Qarabağ"la oyunları buraxacaq. 

Qeyd edək ki, "Qarabağ"ın "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!