“Braqa”ya qarşı sona qədər döyüşəcəyik” - “Qarabağ”ın yarımmüdafiəçisi 

saytların hazırlanması

Evə çatdırılma

“Braqa”ya qarşı sona qədər döyüşəcəyik” - “Qarabağ”ın yarımmüdafiəçisi 

İdman

19 Dekabr 2023 11:00 868


“Oyun olduqca çətin keçdi. "Neftçi" yüksək keyfiyyətlərə malik komandadır”. 

Bu sözləri QOL.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Misli Premyer Liqasının 17-ci turunda “Neftçi”ni məğlub etdikləri oyun barədə danışarkən deyib. 

O, Azərbaycan derbisinə hazırlaşmağın çətin olduğunu bildirib: “3 gün öncəki gecə çılğın emosiyalarla dolu idi. Ona görə də “Hekken”lə qarşılaşmadan sonra bərpa olunub belə bir derbi matçına hazırlaşmaq asan olmur. Bununla belə, bu oyunda ən yaxşısını etməyə çalışdıq. Nəticədə qalib gələn tərəf olduq”. Toyuqlu pizza

Andrade uzun müddət “Neftçi”nin qapısına yol tapa bilməmələrinin səbəbini belə izah edib: "Neftçi" buna əsas səbəbdir. Onlar əla kollektivdirlər. Bilirdik ki, asan olmayacaq. Biz bütün matç boyunca onların müdafiəsini yarmağa çalışdıq. Bununla belə yalnız sonda üzümüzə güldürən sonluğu tapa bildik”.

24 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsinin püşkünü də dəyərləndirib. Portuqaliyalı yarımmüdafiəçi "Braqa"ya rəqib olduqları üçün sevindiyini vurğulayıb: “Xoşbəxt olmaya bilmərəm. Püşkdən öncə qeyd etmişdim ki, Portuqaliyadan olan rəqibin gəlməsini arzulayıram. Bu, mənim üçün olduqca vacibdir. Mənim üçün böyüdüyüm ölkənin klubuna qarşı oynamaq prinsipial xarakter daşıyır. Ailəm oradadır və məni izləyəcəklər. Bu baxımdan mənim üçün vacibdir”.

L.Andrade qeyd edib ki, “Braqa” ilə matçlarda bütün güclərini meydanda qoyacaqlar: "Braqa"nın gücündən xəbərdarıq. Əla kollektiv formalaşdırıblar. Onların son oyunlarda qazandığı nəticələr barədə məlumatımız var. Amma biz ilk olaraq özümüzə inanmalıyıq. Hər matçda özümüzə inanıb meydana çıxırıq. Sona qədər döyüşəcəyik. İnam öndə gedir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!