“Bravo” 80 qəpiklik qatığa görə 4 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Bravo” 80 qəpiklik qatığa görə 4 min manat cərimələndi

Hadisə

23 Oktyabr 2024 14:42 636


"Bravo" marketi 80 qəpiklik qatığa görə 4 min manat cərinmələnib. 

Yenisabah.az xəbər verir ki, müştəri M.N. Səbail rayonu, "Dəniz Mall" ticarət mərkəzində yerləşən "Bravo" marketdən 1.5%-lik 450 qramlıq qablaşdırmada "Sizlik" adlı qatığını alıb. Lakin endirimli qiymət kağızında məhsulun qiyməti 80 qəpik göstərilsə də, kassada ondan 1,15 manat alınıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, "Sizlik" markasına məxsus qatığın qiymətinin 1,59 manatdan 80 qəpiyə edindirildiyi qeyd edilsə də, kassada 1,15 manat hesablanıb.  pizza hut

Məhkəmənin qərarı ilə "Bravo" market rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı tərətməkdə təqsirli bilinib və 4000 manat məbləğində inzibati cərimə edilib. / Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!