Braziliya klubu Kriştianu Ronaldunu transfer etmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Braziliya klubu Kriştianu Ronaldunu transfer etmək istəyir

İdman

04 Avqust 2022 09:00 1059


Braziliyanın "Korintians" klubu İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldunu transfer etməkdə maraqlıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun prezidenti Duilio Monteyro məlumat verib.

O bildirib: "Bəli, mən onun yanımızda olmasını istərdim. Özümü "Korintians" üçün daha yaxşı ola biləcək hər şeyi sınamağa borclu hesab edirəm. Bilmirəm, alınacamı? Biz bu istiqamətdə heç bir addım atmamışıq. Amma ayıq-sayıqıq. Birdən Ronaldu Braziliyada oynamaq istəyər”. Dominos pizza

Ronaldu 2021-ci ilin payızının əvvəlində “Mançester Yunayted”ə qayıdıb. Futbolçu 2021/22 mövsümündə "qırmızı şeytanlar"ın heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!