Braziliya prezidenti koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Braziliya prezidenti koronavirusa yoluxdu

Dünya

07 İyul 2020 10:37 804


Koronavirusun ən geniş yayıldığı ölkələrdən olan Braziliyada ölkə başçısı Cair Bolsonarunuonda virusa yoluxduğu iddia olunub. 

Yenisabah.az xəbər verir ki, bu 65 yaşlı prezident məsələ ilə bağlı açıqlama verərək özündə bəzi simptomların göründüyünü və dəqiq diaqnoz qoyulması üçün koronavirus testi olduğunu vurğulayıb. Testin nəticələrinin açıqlanmadığı bir zamanda CNN Braziliya prezident haqqındakı detalları əldə edib. 

Məlumata əsasən, Bolsonaronun 38 dərəcə temperaturunun olduğu, bunun nəticəsində hidroksiklorokin dərmanı qəbul etdiyi müəyyənləşib.  pizza sifarişi

Qeyd edək ki, daha əvvəl bir neçə də COVID-19 testindən keçən prezidentin test nəticələri mənfi olub. Hazırda Bolsonaroda simptomlar olduğu üçün bu həftə tətbiq olunacaq görüşlər ləğv edilib. 

Bildirək ki, bugünədək Braziliyada 1.6 milyon insan virusa yoluxub, onlardan 65 min 500-dən çoxu həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!