Braziliya prezidenti səyahət icazəsi aldı, Bakıya gələ bilər

saytların hazırlanması

Evə çatdırılma

Braziliya prezidenti səyahət icazəsi aldı, Bakıya gələ bilər

Dünya

10 Noyabr 2024 22:41 1477


Braziliya prezidenti Luis İnasio Lula da Silva keçən ay aldığı kəllə-beyin travmasından sonra vəziyyəti yaxşılaşdığından səyahət etmək üçün tibbi icazə alıb.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə "Cirio Libanes" xəstəxanası məlumat yayıb.

Lulanın zədəsi beyinə yüngül qan sızmasına səbəb olsa da, Braziliya prezidentinin vəziyyəti bundan sonra stabilləşib. pizza

Həkimlərin məsləhəti ilə o, Rusiyada keçirilən BRİKS sammiti və BMT-nin Kolumbiyadakı COP16 və Azərbaycanda keçirilən COP29 sammitləri də daxil olmaqla, bir neçə səfərini ləğv edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!