Braziliya prezidenti Trampı açıq dialoqa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Braziliya prezidenti Trampı açıq dialoqa çağırdı

Siyasət

14 Sentyabr 2025 22:25 335


Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Amerika lideri Donald Trampı açıq və dürüst dialoqa çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Silvanın "The New York Times" üçün yazdığı məqalədə deyilir.

"ABŞ prezidenti ilə açıq və dürüst dialoq qurmaq üçün bu məqaləni yazmağa qərar verdim. Onilliklər ərzində aparılan danışıqlarda əvvəlcə həmkarlar ittifaqı lideri, sonra isə prezident kimi mən bütün tərəfləri dinləməyi və bütün maraqları nəzərə almağı öyrəndim", - Braziliya lideri vurğulayıb. Dominos pizza

Xüsusilə, o, Trampın amerikalılara iş yerlərini qaytarmaq niyyətinin legitimliyini etiraf edib, lakin bildirib ki, Vaşinqtonun Braziliya da daxil olmaqla ayrı-ayrı ölkələrə tariflər tətbiq etməsi yanlış dərman resepti yazmağa bərabərdir.

"Çoxtərəflilik daha ədalətli və balanslı həllər təklif edir. Bu yay tariflərin artırılması nəinki yanlışdır, həm də məntiqsizdir. Bu tədbirlərin iqtisadi əsaslandırılmasının olmaması açıq şəkildə göstərir ki, Ağ Evin bu məsələdə siyasi motivi var"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!