Braziliyada COVID-19 xəstələrinin sayı 1,1 milyonu ötdü

saytların hazırlanması

Evə çatdırılma

Braziliyada COVID-19 xəstələrinin sayı 1,1 milyonu ötdü

Dünya

23 İyun 2020 08:44 670


Braziliyada son bir gündə koronavirusa yeni 21 432 yoluxma qeydə alınıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, ölkədə koronavirusa yoluxanların artmaqda davam edir. Qeyd edilir ki, təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 1 milyon 106 min 470 nəfərə çatıb. pizza mizza

Ölkədə indiyə qədər koronavirusa yoluxmuş 571 649 insan sağalıb. Bildirilir ki, hazırda daha 483 550 nəfər həkim müşahidəsi altındadır.

Son məlumatlara görə, ölkədə ümumilikdə 51 271 insan pandemiyanın qurbanı olub. Cənubi Amerikanın bu ölkəsində təhlükəli infeksiyadan ölüm faizi 4,6% təşkil edir. Səhiyyə Nazirliyi son 24 saatda yeni 654 ölüm qeydə alıb.

Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb. Cənubi Amerika ölkəsi həmçinin pandemiya qurbanlarının sayına görə də dünyada ikinci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!