Braziliyada faciə: 8 nəfər havada yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Braziliyada faciə: 8 nəfər havada yanaraq öldü

Dünya

21 İyun 2025 19:50 360


Braziliya səmasında baş verən dəhşətli qəzada hava şarının alovlanması nəticəsində 8 nəfər həyatını itirib.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Braziliyanın Santa-Katarina ştatının Praya-Qrande şəhərində baş verən faciəvi hadisədə içərisində 22 nəfərin olduğu hava şarı qəfildən havada alışaraq yerə çırpılıb.

Hadisə yerinə dərhal çox sayda xilasedicilər göndərilib. Ştat qubernatoru Jorjinyo Mello sosial media hesabından indiyə qədər 8 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə xilas edildiyini açıqlayıb. Toyuqlu pizza

Qubernator digər sərnişinlərin axtarışlarının davam etdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!