Braziliyanın sabiq prezidenti həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Braziliyanın sabiq prezidenti həbs edildi

Dünya

22 Noyabr 2025 17:27 686


Braziliyanın sabiq prezidenti Jair Bolsonaru federal polis tərəfindən evində həbs edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunur ki, həbs Ali Federal Məhkəmə tərəfindən sanksiyalaşdırılıb və qabaqlayıcı xarakter daşıyır. Toyuqlu pizza

Məlumata görə, bir gün əvvəl siyasətçinin oğlu, senator Flavio Bolsonaru tərəfdarları keçmiş prezidentin iqamətgahı qarşısında piket keçirməyə çağırıb. Polis hesab edib ki, bu aksiya iştirakçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təhlükə yarada bilər.

J.Bolsonaru yerli vaxtla təxminən səhər saat 06:00 radələrində həbs edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!