Dünyaca məşhur aktyor Bred Pit məhkəmədə keçmiş həyat yoldaşı Ancelina Coliyə qalib gəlib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, vaxtilə Hollivudun tanınmış cütlüyü övladlığa götürdüyü uşaqların qəyyumluğu uğrunda uzun müddətdir mübarizə aparırdı. Ötən gün məhkəmə Pitin xeyrinə qərar çıxarıb və uşaqlar üzərində validynlərin birgə qəyyumluq hüququnu təsdiq edib.
Lakin A.Coli qərardan şikayət verəcəyini bildirib. Kaliforniya məhkəməsi dəfələrlə onlara uşaqlar üzərində bərabər qəyyumluq hüququ tanısa da, Coli uşaqların yeganə qəyyumu olmasını tələb edir. Toyuqlu pizza
Qeyd edək ki, Coli və Pitt altı uşağa sahibdirlər. Onlardan üçü övladlığa götürülüb.
Telegram kanalımız