Brilliantdan müğənnilərin davasına reaksiya:   “Mənfi emosiyalarla əhatələnmişik“

saytların hazırlanması

Evə çatdırılma

Brilliantdan müğənnilərin davasına reaksiya: “Mənfi emosiyalarla əhatələnmişik“

Şou

25 May 2021 12:15 1526


Xalq artisti Flora Kərimova ilə Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızı arasında yaşanan qalmaqal yenidən alovlanıb.

Kərimovanın Fərmanqızı tərəfindən təhqir olunmasına vaxtilə səssiz qalmayan Brilliant Dadaşova da bu dəfə sükutu seçib.

Xalq artisti Yenisabah.az-a danışarkən qalmaqala qoşulmaq istəmədiyini deyib: Sezar pizza

“Mən bu məsələyə qarışmaq istəmirəm, qalmaqallardan uzaq olmaq istəyirəm. Bu barədə fikirlərimi sosial şəbəkə hesabımda bölüşmüşdüm. Hazırki şərait elədir ki, onsuz da mənfi emosiyalarla əhatələnmişik. Bu mövzuda danışıb daha çox emosiya yaşamaq istəmirəm...”.

Qeyd edək ki, 80 yaşlı F.Kərimova ilə müğənni A.Fərmanqızı arasındakı qalmaqal ötən gün yenidən alovlanıb. A.Fərmanqızı verilişlərin birində mövzu haqda danışıb və verilişin fraqmentini sosial şəbəkədə paylaşıb. O sənətçiyə bunları söyləyib:

"Mən bir dəfə rəsmi nikahla evlənmişəm. O özü deyib ki, iki dəfə rəsmi, bir dəfə isə qeyri-qanuni ərdə olub. Onun mənə ünvanladığı biədəb söz var idi. İndi soruşuram, o sənsənmi, mənəmmi, ay Xalq artisti?"

Xatırladaq ki, müğənnillər haqda qalmaqal artıq 2 ilə yaxındır ki, davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!