Britaniya Azərbaycana pul ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Britaniya Azərbaycana pul ayırdı

Maraqlı

30 İyun 2022 15:52 831


Böyük Britaniya işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

"Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb", - məlumatda deyilir. Dominos pizza

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bununla bağlı özünün "Twitter" səhifəsində paylaşım edib: "Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait ANAMA-ya mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!