Britaniya hökuməti Rusiyanın 25 vəzifəli şəxsini “qara siyahı“ya saldı

saytların hazırlanması

Evə çatdırılma

Britaniya hökuməti Rusiyanın 25 vəzifəli şəxsini “qara siyahı“ya saldı

Dünya

07 İyul 2020 13:04 910


Böyük Britaniya hökuməti bazar ertəsi Londonun insan hüquqlarının pozulmasında iştirak etdiyini düşünən 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiyaların tətbiq olunduğunu elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə hökumətin informasiya saytında yayılan rəsmi sənəddə qeyd edilib.

Bu şəxslər arasında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Rusiya Federasiyası Baş prokurorunun müavini Viktor Qrin, Daxili İşlər nazirinin keçmiş müavini Aleksey Aniçin, hakimlər, müstəntiqlər və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları var.  pizza mizza

Siyahıda adı çəkilən şəxslərin Böyük Britaniyaya girişi qadağan edilib. Ölkədə onların hər hansı bir hesabı varsa dondurulacağı vurğulanıb. Eyni zamanda, həmin şəxslərə özləri və yaxud Britaniya vətəndaşlarının vasitəçiliyi ilə hər hansı bir iş görmək qadağan edilib.

Sanksiyalar sənəd dərc edildiyi gündən sonra qüvvəyə minib/APA.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!