Böyük Britaniyada bəzi yüksək səviyyəli siyasətçilər “TikTok istifadəçi məlumatlarını Çinlə paylaşır” iddiası ilə Britaniya parlamentinin TikTok sosial şəbəkəsində qeydiyyatdan keçmiş hesabının bağlanmasını istəyiblər.
Yenisabah.az xəbər verir ki, Britaniya parlamentinin Çinin “ByteDance” texnologiya şirkətinə məxsus sosial şəbəkə platforması olan TikTok-da hesab açması müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı İcmalar və Lordlar Palatasına bir neçə deputat, o cümlədən Tom Tugendhat, Iain Duncan Smith və Nus Ghani kimi aparıcı Britaniya siyasətçiləri tərəfindən məktub yazılıb. pizza
Məktubda millət vəkilləri, TikTok-un istifadəçi məlumatlarını Çinlə paylaşdığını iddia edərək, "parlamentin sözügedən platformada hesab açmaq qərarından məyus olduqlarını" ifadə ediblər.
Məktubda millət vəkilləri heç bir məlumatın Çinə ötürülə bilməyəcəyinə dair zəmanət verilməyənə qədər parlamentin TikTok hesabının silinməsinə çağırıblar.
Telegram kanalımız