Britaniya Rusiya rəsmilərinə yeni sanksiyalar tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Britaniya Rusiya rəsmilərinə yeni sanksiyalar tətbiq etdi

Dünya

08 İyul 2025 00:11 560


Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Britanita hökumətinin saytında yenilənmiş "qara siyahının" məlumatlarından bəlli olub.

Siyahıya əsasən, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişev və onun müavini general-mayor Andrey Marçenko barəsində sanksiyalar tətbiq olunub. Dominos pizza

Bundan əlavə, Moskva vilayətində yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutuna qarşı məhdudiyyətlər tətbiq edilib.

Sanksiyalar Birləşmiş Krallığa giriş qadağasını və aktivlər aşkar edildiyi təqdirdə onların dondurulmasını nəzərdə tutur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!