Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Tərtər rayonunda 3 azərbaycanlının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.
Yenisabah.az xəbər verir ki, bu barədə səfir "Twitter" səhifəsində paylaşım edib.
O yazıb: "Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm". pizza
Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Telegram kanalımız