Britaniya səfiri Gəncəyə raket hücumundan sarsıldığını yazdı

saytların hazırlanması

Evə çatdırılma

Britaniya səfiri Gəncəyə raket hücumundan sarsıldığını yazdı

Siyasət

13 Oktyabr 2020 17:35 1013


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumundan sarsıldığını bildirib.

Yenisabah.az-ın xəbərinə görə, bu barədə C. Şarp “Twitter”də paylaşım edib.

“Mən keçən il Azərbaycan dilini öyrənəndə, Gəncədə iki həftə qaldım və ona görə də Gəncədə son hadisələr məni sarsıtdı. Həlak olanların və yaralıların ailələrinə səbr diləyirəm”, - deyə səfir qeyd edib. Sezar pizza

Xatırladaq ki, oktyabrın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində 10 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!