Britaniya və Ukraynanın birgə istehsal etdiyi pilotsuz uçuş aparatları ümumavropa "dron divarı" layihəsinə inteqrasiya olunacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili "The Daily Telegraph" nəşrinə müsahibəsində bildirib.
Britaniyalı nazir vurğulayıb ki, London müttəfiqləri ilə birlikdə NATO-nun müdafiə qabiliyyətini Rusiya rəhbərliyinə nümayiş etdirməyə hazırdır. Buraya NATO üzvü olan ölkələrin hava məkanını pozmaq cəhdlərinə dərhal cavab verilməsi daxildir. Dördpendirli pizza
Qeyd edək ki, "dron divarı" təşəbbüsü NATO ölkələrinin hava hücumundan müdafiəsini gücləndirmək məqsədi daşıyır./Oxu.az
Telegram kanalımız