Britaniyada iki təyyarə toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

Britaniyada iki təyyarə toqquşdu

Dünya

15 Avqust 2025 23:11 417


Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağında qanadlarının toqquşması nəticəsində reyslərdə gecikmələr yaranıb.

Axar.az BBC-yə istinadla xəbər verir ki, Mançesterdən Cəbəllütariq istiqamətində uçan reys ilə Paris Şarl de Qoll hava limanına yollanan reys üzrə təyyarələr hərəkəti zamanı bir-birinə toxunub.

Toqquşmadan sonra hava limanında bütün uçuşlar qısa müddətə dayandırılıb, zədələnmiş təyyarələrdə təhlükəsizlik yoxlaması aparılıb. Mançester hava limanı fəaliyyətini bərpa edib. Dördpendirli pizza

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!