Britaniyanın Azərbaycandakı səfirliyi Londondakı insidenti pislədi

saytların hazırlanması

Evə çatdırılma

Britaniyanın Azərbaycandakı səfirliyi Londondakı insidenti pislədi

Maraqlı

05 Avqust 2022 09:46 1361


Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Respublikasının Londandakı səfirliyində dünən baş verən insidentlə bağlı açıqlama yayıb.

Yenisabah.az-a daxil olan məlumatda bildirilir ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!