Britni Spirs atasını məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Britni Spirs atasını məhkəməyə verdi

Şou

18 Mart 2021 23:31 1164


Amerikalı pop ulduz Britni Spirs atasını məhkəməyə verib.

Yenisabah.az xəbər verir ki, müğənni aprelin 27-də məhkəməyə ifadə verəcək. O, atasının öz üzərindəki himayəçi statusunu ləğv etmək niyyətindədir.

Məlumata görə, 2008-ci ildə Britni həyat yoldaşı Kevin Federlinlə ayrıldıqdan sonra ciddi sarsıntı keçirib və psixiatrik xəstəxanada müəlicə alıb. Məhz həmin dövrdə müğənninin atası Ceyms Spirs onun üzərində himayə hüququ alıb. pizza mizza

2019-cu ildə ifaçının meneceri Codi Montqomeri də onun üzərində müvəqqəti himayə hüququ əldə edib. İndi xanım Spirs sonuncuya həmişəlik himayəçi statusu verilməsini, atasının isə bu hüquqdan məhrum olunmasını istəyir.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!