“Broker Əbülfəz”i nə gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

“Broker Əbülfəz”i nə gözləyir?

Kriminal

08 Avqust 2022 16:22 1463


Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələr üzrə ittiham olunduğu məlum olub.

Artıq ona qarşı Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

“Yeni Sabah” həmin maddələr üzrə “gömrük makleri”ni nə qədər həbs cəzası ala biləcəyini hesablayıb. Toyuqlu pizza

Ə. Məlikova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü bəndinə görə, bu cinayəti törətmiş şəxs  “209.1 və 209.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə” cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213-cü maddədin 2-cü bəndində isə deyilir ki, “Cinayət Məcəlləsinin “213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə” üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

“Broker Əbülfəz”in ittiham olunduğu sonuncu - 313-cü maddə də isə deyilir ki, “vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs , eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə” min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!