“İnter” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubları Marselo Brozoviçin transferi ilə bağlı razılığa gəliblər.
Yenisabah.az jurnalist Canluka Di Marzionun saytına istinadən xəbər verir ki, "Əl-Nəsr" bu transfer üçün təxminən 23 milyon avro təzminat ödəyəcək.
Səudiyyə Ərəbistanı klubu ilə müqaviləyə əsasən Brozoviç ildə 20 milyon avro maaş alacaq. Onunla 3 illik müqavilənin bağlanacağı güman edilir. Toyuqlu pizza
Marselo 2016-cı ilin yayından "İnter"də çıxış edir. O, klubda 330 oyuna çıxıb.
Qeyd edək ki, "Əl-Nəsr"də Kriştiano Ronaldo da oynayır.
Telegram kanalımız