Brüssel hava limanı uçuşların yarısını ləğv edir

saytların hazırlanması

Evə çatdırılma

Brüssel hava limanı uçuşların yarısını ləğv edir

Dünya

20 Sentyabr 2025 23:33 432


Brüssel hava limanı kiberhücumdan sonra davam edən fasilələr səbəbindən sentyabrın 21-nə planlaşdırılan uçuşların yarısının ləğv edilməli olacağını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 19-da axşam saatlarında Brüssel də daxil olmaqla, Avropanın bir neçə hava limanına kiberhücum baş verib. Bu, uçuş cədvəllərinə əhəmiyyətli dərəcədə təsir edib, bir çox uçuşların gecikməsi və ləğvinə səbəb olub./Oxu.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!