Belçikanın paytaxtında naməlum şəxs Avropa Komissiyasına məktub göndərərək Brüssel metrosunu partlatmaqla hədələyib.
Yenisabah.az “LeSoir” nəşrinə istinadla xəbər verir ki, polis yoxlamalar aparıb və heç bir partlayıcı qurğu aşkar etməyib.
“Avropa Komissiyası dünən axşam saatlarında elan etdi ki, martın 8-də metroda partlayış təhlükəsi ilə bağlı məktub alıb”, - media yazır. pizza mizza
Dövri nəşrin yazdığına görə, əvvəllər naməlum şəxs komissiyaya növbəti məktub göndərib:
“Orada heç bir təhlükə yoxdur, sonuncu məktubda isə müəllif LGBT və digər azlıqları, habelə dövlət və hökumət başçılarını AB-nin təcavüzkar siyasətinə görə məhv etməklə hədələyib.
Məlumata görə, Brüssel prokurorları məktubun müəllifini və ya müəlliflərini araşdırır və axtarır, dəmiryol polisi isə gecə boyu yoxlamalar aparıb və paytaxtın metro stansiyalarında patrulları gücləndirib.
Telegram kanalımız