Brüsseldə Qarabağın statusu müzakirə olunmayıb - “Joğovurd“

saytların hazırlanması

Evə çatdırılma

Brüsseldə Qarabağın statusu müzakirə olunmayıb - “Joğovurd“

Rəsmi

16 Sentyabr 2022 10:00 996


Sentyabrın 15-də Ermənistan Təhlükəsizlik Şurasının genişləndirilmiş məsləhətləşməsində konkret cavabları nəzərdə tutan suallar verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib: pizza sifarişi

“Daha sonra Baş nazir Nikol Paşinyan müzakirə iştirakçılarını əmin edib ki, o, heç bir sənəd imzalamayıb və imzalamaq niyyətində deyil.

O, Ermənistanın suveren ərazisindən bir millimetr belə itki verməyəcəyinə, Azərbaycan ordusunun öz başlanğıc mövqelərinə qayıdacağına əmin olduqda və təminat verdikdə sülh müqaviləsini imzalayacağını çatdırıb. Lakin “Artsax” tərəfi bu bəyanatla arxayınlaşmasa da, narahat olmağa və bir sıra məsələləri qaldırmağa əsas verib.

İndi isə “Artsax xalqı” Ermənistan Respublikasının suveren ərazisinin qorunub saxlanılacağı və Paşinyanın müqaviləni imzalayacağı təqdirdə “Artsax”ın statusunun nə olacağı ilə maraqlanır. Ermənistan üçün problemlərini həll edib kənara çəkilmək “Artsax”dan imtina etmək deməkdirmi? “Artsax xalqı”nın əsas problemi budur.

Paşinyan isə cavabında qeyd edib ki, Brüsseldəki son görüşdə “Artsax”ın statusu müzakirə olunmayıb. Günlərdir ki, Stepanakertin (Xankəndi – red.) Dirçəliş meydanında mitinqlərin davam etdiyinə əsasən, belə güman etmək olar ki, “Artsax xalqı” hələ də həmin bədbəxt razılaşmadan narahatlıq sezir. Çünki Azərbaycanın ərazi bütövlüyü tanındıqdan sonra “Artsax” Azərbaycanın bütövlüyündə nəzərə alınmalıdır ki, bu da mütləq “Artsax”ın itirilməsi deməkdir

Onu da qeyd edək ki, “Artsax məsələsi”ndən narahat olan “Artsax vətəndaşları”nın İrəvan görüşləri bu gün də davam edəcək. Onlar, həmçinin, Milli Məclisdəki müxalifət fraksiyalarının deputatları ilə də görüşəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!