BŞBPİ-dən jurnalistlərə müraciət 

saytların hazırlanması

Evə çatdırılma

BŞBPİ-dən jurnalistlərə müraciət 

Sosial

05 Noyabr 2019 09:41 975


“Kütləvi tədbirlər zamanı ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur”.

"Yeni Sabah"ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərin kütləvi tədbirlər zamanı davranış qaydaları və təhlükəsizliyi ilə bağlı məsələyə münasibətində bildirib.

E.Hacıyev qeyd edib ki, kütləvi tədbirləri və aksiyaları işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər: “Jurnalistlərə peşə davranışının tələblərinə rəhbər tutmalarını, digər iştirakçılardan fərqlənmələri üçün Mətbuat Şurasının müəyyən etdiyi, üzərində "PRESS" yazılan gödəkcə geyinmələrini tövsiyə edirik”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!