BŞBPİ-yə yeni rəis müavini təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

BŞBPİ-yə yeni rəis müavini təyin edildi

Kriminal

02 Dekabr 2020 11:10 1296


Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) kadr dəyişikliyi olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov idarə rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Xatırladaq ki, bu vaxta qədər həmin vəzifəni general-mayor Teymur Hacıyev daşıyırdı. T.Hacıyev bir neçə gün öncə tutduğu vəzifədən azad edilərək Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!