BŞİH bağçalarla bağlı müşavirə keçirəcək - Koronavirusa görə

saytların hazırlanması

Evə çatdırılma

BŞİH bağçalarla bağlı müşavirə keçirəcək - Koronavirusa görə

Sosial

28 Fevral 2020 17:05 426


Koronavirus xəstəliyi səbəbindən Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində davamiyyət aşağı düşüb. Valideynlər azyaşlıları bağçalara göndərməkdən imtina edirlər. "Yeni Sabah"ın məlumatına görə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə yayılan xəbərlərə aydınlıq gətiriləcək: "Hazırda məktəbəqədər təhsil müəssisələrində davamiyyət barədə konkret bir söz deyə bilmərəm. Gələn həftə məktəbəqədər təhsil müəssisləri ilə bağlı İcra Hakimiyyətində müşavirə keçiriləcək. Güman ki, bu məsələlər də orada müzakirə olunacaq".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!