BŞİH Bayraq günündə iməcilik keçirdi: 1000-dən çox ağac əkildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

BŞİH Bayraq günündə iməcilik keçirdi: 1000-dən çox ağac əkildi - Fotolar

Sosial

09 Noyabr 2019 12:18 1369


Azərbaycan Respublikasının Dövlət  Bayrağı günü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə paytaxtın Qaradağ rayonunda  əsas magistral  yol boyunca olan ərazidə növbəti iməcilik təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə iməcilikdə qurumların rəhbərləri və əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 1000 nəfərə qədər insan  iştirak edərək 1000-dən çox  yeni ağac, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağacları əkiblər.

Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib. pizza mizza

Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məqsədlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırılma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlaşdırma işləri görülür, ölkə şəhərlərində yaşıllaşdırma səviyyəsi getdikcə artır. 

Dövlət Bayrağı  günündə keçirilən iməclikdə yol boyunca əkilən yeni ağaclar  bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.  

Mövsüm ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!