BŞİH qadınların yürüşünə icazə verdi

saytların hazırlanması

Evə çatdırılma

BŞİH qadınların yürüşünə icazə verdi

Sosial

05 Mart 2020 13:20 602


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Gülnarə Mehdiyeva, Rəbiyyə Məmmədova və digər qadınların martın 8-də yürüş keçirilməsi ilə bağlı müraciətlərinə cavab verib.

“Yeni Sabah” xəbər verir ki, icra hakimiyyətində qadınların müraciətinə baxılıb.

BŞİH təklif edilən yerin əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictimai iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi üçün məqsədəmüvafiq olmadığını bildirib. Pepperoni pizza

Yürüşün keçirilməsi üçün alternativ yer olaraq martın 8-i saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!