BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar

saytların hazırlanması

Evə çatdırılma

BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar

İdman

29 İyun 2024 12:44 737


Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında qurulmuş səmərəli əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edilir. 

Belə tədbirlərdən biri də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları arasında keçirilən mini futbol üzrə yoldaşlıq görüşü olub. Səbail rayonu Salyan şossesindəki İdman və istirahət parkında təşkil edilən yoldaşlıq görüşünü hər iki qurumun rəhbərləri, əməkdaşları və İctimai Birliyin könüllüləri izləyib.

Əsas məqsədi idmanın və sağlam həyat tərzinin təbliği, eyni zamanda qurum əməkdaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi olan oyun böyük maraqla qarşılanıb və azarkeşlərin alqışları ilə müşayət edilib. pizza

Yüksək əhval-ruhiyyə ilə başa çatan oyundan sonra komandalar birgə xatirə şəkli çəkdirib və bu kimi yarışların ənənəvi olaraq keçirilməsi qərara alınıb.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!