Bu, 1939-cu ildən bəri ən güclü zəlzələdir - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

Bu, 1939-cu ildən bəri ən güclü zəlzələdir - Ərdoğan

Maraqlı

06 Fevral 2023 14:37 806


"Türkiyədəki zəlzələ 1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir".

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, o zaman 33 min insan ölmüş, 100 mindən çox insan yaralanmışdı.  pizza mizza

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. 

Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!