Bu 3 səhv saçları tökürmüş - Hamı edir 

saytların hazırlanması

Evə çatdırılma

Bu 3 səhv saçları tökürmüş - Hamı edir 

Sağlamlıq

22 Avqust 2024 17:31 2187


Son zamanlar mütəxəssislər baş dərisi mikrobiomunun saç sağlamlığı və böyüməsi üçün əhəmiyyətini getdikcə daha çox qeyd edirlər. Dərinizdə yaşayan mikroblar və göbələklər zərərli patogenlərə nəzarət edərək, dəri baryerini qoruyaraq və sebum istehsalına təsir edərək sağlam baş dərisinin saxlanmasında mühüm rol oynayır. 

Metbuat.az "İndependent"ə istinadən xəbər verir ki, bu ümumi saç baxım vərdişləri mikrobiomu poza bilər ki, bu da saçların seyrelməsinə və saç tökülməsinə səbəb ola bilər:

Saçları daim sıx yığmaq  pizza mizza

Hündür at quyruğu kimi dar saç düzümlərinin zərərləri mövcuddur. Bu, iltihaba və saç tökülməsinə səbəb olur. Mütəxəssislər saç düzümünüzü vaxtaşırı dəyişdirməyi, saçlarınızı müntəzəm olaraq aşağı salmağı və ya hörməyi məsləhət görürlər. Siz həmçinin gel və saç spreyi kimi məhsulların həddindən artıq istifadəsindən çəkinməlisiniz.

Yaş saçla yatmaq 

Saçlarımız yaş olduqda, ən elastik və kövrək vəziyyətindədir, buna görə də gecə boyu daim hərəkət etdiyimiz zaman yastıq örtüklərinin yaratdığı sürtünmə qırılmalara səbəb ola bilər. Əgər saçlarınızı axşam yumağa məcbursunuzsa, o zaman pambıq yastıqlardansa, ipək və atlas istifadə edə bilərsiniz.

Çox tez-tez duş almaq 

Saçınızı çox tez-tez yumaq baş dərisinin mikrobiomunu qoruyan təbii yağları təmizləyə bilər, bu onu qıcıqlanma və quruluğa qarşı həssas edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!