“Bu 7 ayda nə çəkdiyimi bir Allah bilir” - Ata Abdullayev

saytların hazırlanması

Evə çatdırılma

“Bu 7 ayda nə çəkdiyimi bir Allah bilir” - Ata Abdullayev

Kriminal

08 Oktyabr 2021 18:14 2303


Bakı Ağır Cinayətlər Məhkəməsində reket-“jurnalist” Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı keçirilib.

Yenisabah.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ata Abdullayevin vəkili müdafiə etdiyi şəxs barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. pizza hut

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra A.Abdullayev çıxış edib. O, həbsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməyəcəyini deyib:

“Mən həmin şəxslərdən deyiləm ki, müdafiəm üçün beynəlxalq təşkilatlara müraciət edim. Mənim onların müdafiəsinə ehtiyacım yoxdur. Mən bu 7 ayda günahımın nədən ibarət olduğunu bilirəm, başa düşmüşəm. Şikayətçilərin elələri var ki, onlarla ünsiyyətim olmayıb. 7 ayda nə çəkdiyimi bir Allah bilir. Bu 7 ayda məni nə incidən, nə də zorla heç nə yazdıran olmayıb”.

Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!