Bu adam 50 ildi hər gün burger yeyir

saytların hazırlanması

Evə çatdırılma

Bu adam 50 ildi hər gün burger yeyir

Maraqlı

20 May 2022 14:40 1067


ABŞ-da 50 ildir ki, az qala hər gün burger yeyən şəxs Ginnesin Rekordlar Kitabına düşüb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Viskonsin ştatında yaşayan 68 yaşlı Donald Qorske 50 ildir ki, “Big Mac” yeyir.

Qorske 50 il ərzində yalnız 8 gün “Big Mac” yemədiyi açıqlayıb. O, bəzən gündə iki dəfə burgerlə qidalandığını deyib. Dördpendirli pizza

Qorske açıqlamasında "Bir şeyi çox sevdikdə həmişə ona sadiq qalıram" – deyə, bildirib.

O,  bu gün məhəlləsindəki “McDonald's”a gedib və “Big Mac”ə olan sevgisinin 50-ci ildönümünü qeyd edib.

İlk dəfə 1972-ci ildə burger yediyini deyən şəxs həmin an ömrünün sonuna qədər onu yeyəcəyinə qərar verdiyini bildirib.

Ötən ilin rəqəmlərinə görə, Qorski bu illər ərzində 32 min 340 burger yeyib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!