“Bu addımı atsa, İranı vuracağıq” - Kəşfiyyat şefindən sərt xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Bu addımı atsa, İranı vuracağıq” - Kəşfiyyat şefindən sərt xəbərdarlıq

Dünya

10 Mart 2021 01:32 991


İran hücum etsə, İsrail buna cavab vermək gücündədir”.

Yenisabah.az xəbər verir ki, bunu İsrail kəşfiyyatının rəhbəri Eli Koen deyib.

O, İran rejiminin İsrailin yox edilməsi çağırışı etdiyini, nüvə silahı əldə etməyi planlaşdırdığı və ölkəsinin şimal sərhədləri yaxınlığında hərbi qüvvə yerləşdirməyə çalışdığını bildirib: “İsrail buna icazə verməyəcək”. Pepperoni pizza

Koen İranın İsrailə hücum ehtimalına da toxunub: “İsrail İranın hücumlarından müdafiə olunmaq gücündədir. Bura hücumlara veriləcək cavab da daxildir”.

Onun sözlərinə görə, İrana qarşı beynəlxalq sanksiyaların ləğv edilməsi, Yaxın Şərq və Avropadakı terror təşkilatlarına ayrılan maddi vəsaitlərin artırılması deməkdir. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!